“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
dek
2025
11:20
0
0
4 945
ff aaaaaaa

“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”

11 dek, 2025
11:20
4 945

“Qurbanı ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq”

"Mən də düşünürəm ki, Qurban Qurbanov Nəriman Axundzadəni oyuna daxil etməli deyildi. Amma mən futbol eksperti deyiləm. Görünür, Qurban müəllimin Nərimandan gözləntisi varmış, o da özünü doğrultmayıb. Amma baxıram ki, Qurban Qurbanov haqqında çox pis şeylər yazan adamlar var".

Bakupost.az xəbər verir ki, bu fikirləri yazıçı Kəramət Böyükçöl bildirib.

Onun fikrincə, futbol oyun da olsa, bu qədər azarkeş etibarsızlığı kənardan heç yaxşı görsənmir:

"Dünən göylərə qaldırdığımız adamı sən demə, ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq. Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırmış, onu Avropa klubları səviyyəsinə çatdırmış bir insandır. Yəni o, artıq öz işini görüb. Bunu unutmayaq. Bundan sonra ola da bilər, olmaya da bilər.

Hər zaman qəlbimizdəsən, Qurban!"

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul