Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir
"Qanunvericilikdə edilən yenilik işçinin işdən kənarlaşdırılması ilə bağlı maddəyə edilən dəyişikliklərə aiddir".
Sizinxeber.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.
Nazir müavini bildirib ki, həm əməyin mühafizəsi, həm tibbi təhlükəsizlik, həm də əmək intizamının təmin olunması baxımından edilən dəyişiklik bu normanı daha əhatəli, dəqiq və idarəolunan hala gətirir.
O qeyd edib ki, əvvəlki redaksiya əsasən 3 halı, yəni ki:
- icbari tibbi müayinədən yayınmanı;
- həkim tövsiyələrinə əməl olunmamasını;
- insanın immun çatışmazlığı virusu ilə bağlı məcburi tibbi müayinədən imtinanı işdən kənarlaşdırma əsası kimi nəzərdə tuturdu.
Yeni redaksiya isə bu siyahını genişləndirərək aşağıdakı mühüm halları əlavə edir:
- icbari tibbi müayinədən imtina etməsi və ya tibbi göstərişləri yerinə yetirməməsi;
- tibbi rəyə əsasən işin icrasına əks göstəriş olması;
- məcburi tibbi müayinədən imtina etməsi;
- əməyin mühafizəsi üzrə təlim və bilik yoxlamasından boyun qaçırması;
- əmək vəzifələrinin araşdırılmasına maneçilik törətməsi.
Oxşar xəbərlər
Naxçıvan ƏƏSMN-in bir qrup əməkdaşı işdən azad olunub
Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir
Veteranlara verilən müavinət artırılacaq?
Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












