“Formula 1” üzrə Belçika Qran Prisinin qalibi Rassel diskvalifikasiya edilib
sizinxeber.az xəbər saytı

“Formula 1” üzrə Belçika Qran Prisinin qalibi Rassel diskvalifikasiya edilib


“Mercedes”in britaniyalı pilotu Corc Rassel “Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının 14-cü mərhələsi olan Belçika Qran-prisinin nəticələrinə əsasən diskvalifikasiya edilib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.

Diskvalifikasiyanın səbəbi Rassellin bolidinin çəkisi olub. Yarışdan sonra çəkilmə zamanı onun bolidi FIA-nın minimum tələblərindən 1,5 kq yüngül olub.

Yarışın qalibi Rassellin “Mercedes”dəki komanda yoldaşı, finiş xəttini ikinci keçən britaniyalı Lyuis Hamilton elan edilib. İkinci yerə “McLaren”dən avstraliyalı Oskar Piastri yüksəlib, üçüncü yeri isə “Ferrari”dən monakolu Şarl Lekler tutub.

Növbəti mərhələ 23-25 avqust tarixlərində Niderlandda keçiriləcək.

Oxşar xəbərlər

"Formula 1" üzrə Belçika Qran-prisinin qalibi bəlli olub
"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi məlum olub
Ferstappen Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
“Formula-1” üzrə dünya çempionatında mövsümə start verilib
"Formula 1": Macarıstan Qran-prisində sıralama turunun qalibi məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər