TFF görüşün Azərbaycanda keçirilməsinə niyə razı olmamışdı?
Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanında baş tutmalı olan Türkiyə Superkubokunun final görüşü təxirə salınıb. Buna səbəb hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə verməməsi olub.
Yeniavaz.com xəbər verir ki, Türkiyə KİV ölkənin Futbol Feerasiyasının rəhbəri Mehmet Büyükekşinin istefa verdiyini yazır.
İctimaiyyət və siyasətçilər də krizisin səbəbi kimi TFF rəhbərliyinin Türkiyə Cümhuriyyətinin 100 illiyində superkubok oyununu Səudiyyə Ərəbsitanına salması kimi göstərirlər.
Qeyd edək ki, daha əvvl superkubok finalının keçirilməsi ehtimal olunan ölkələr arasında Azərbaycan da var idi. Lakin M. Büyükekşi bu ilin oktyabr ayında verdiyi açıqlamada maddi imkanları əsas gətirərək görüşün Azərbaycanda baş tutmayacağını bildirmişdi.
“Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı. Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur. Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bizim üçün də böyük addım olacaq”, - Büyükekşi bildirmişdi.
Oxşar xəbərlər
Superkubokda baş verənlərlə bağlı Səudiyyə tərəfdən ilk açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Superkuboku: "Qalatasaray" - "Fənərbağça" matçı təxirə salınıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalatasaray və Fənərbaxça tərəfdarlarından coşğulu qarşılandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
TFF prezidentinin qaldığı hoteldə halı pisləşib, xəstəxanaya aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə Səudiyyə Ərəbistanı səfirliyinin qarşısına dövlət bayrağı və Atatürk pankartları asıldı - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












