“Qarabağ” Xankəndidəki oyun üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb
sizinxeber.az xəbər saytı

“Qarabağ” Xankəndidəki oyun üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb


“Qarabağ” Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final oyunu üçün hazırlanmış xüsusi formaları satışa çıxarıb.

Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, MOİK-lə qarşılaşmaya özəl hazırlanmış məhdud sayda sertifikatlı formalar fanşopda satışdadır. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhər stadionunda təşkil olunan tarixi qarşılaşmanın əzəmətini və qürurunu özündə əks etdirən 100 ədəd özəl qablaşdırmalı və sertifikatlı futbol geyimi sahibini gözləyir. Geyimlərin rəngləri ağ, göy və qaradır.

Qeyd edək ki, dekabrın 21-də keçirilən görüşdə “Qarabağ” MOİK-i 1:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var
Azərbaycan lideri: “Qarabağ” – MOİK futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var"
İlham Əliyev Xankəndidə idman ictimaiyyəti ilə görüşdü
Prezident İlham Əliyev Xankəndi stadionunda çıxış edib - YENİLƏNİB-3
Üç ay öncə Xankəndi azad edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər