Azərbaycandakı məşğulluq mərkəzlərində işlə təmin olunan şəxslərin sayı açıqlanıb
Bu il Azərbaycandakı məşğulluq mərkəzləri vasitəsilə 130 min şəxs işlə təmin edilib.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Növbəti il üçün planımız bu rəqəmi 150 minə qədər qaldırmaqdır. İşlə təminatın ana məqsədi Azərbaycanın mövcud insan resursları ilə əmək bazarı arasında bir körpü olmaq, insan resurslarımızın keyfiyyətinə uyğun əmək bazarında onlara iş yerləri tapmaq və onların işə düzəlməsini təmin etməkdir", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, bu ilin sonuna qədər özünəməşğulluq proqramı çərçivəsində 92 min ailə üçün mikro təsərrüfatlar yaradılacaq.
"Növbəti ildə də 8 min ailənin nazirlik yanında İşsizlikdən Sığorta Fondu vasitəsilə, 1 500 ailənin isə Dünya Bankının layihəsi vasitəsilə dəstəklənməsi planlaşdırılır. Yəni, 100 mindən çox ailənin bu proqramda dəstəklənməsi nəzərdə tutulur. Bu, 100 min mikro təsərrüfatın yaradılması deməkdir, iqtisadiyyatı, məşğulluğu və əmək bazarını inkişaf etdirmək üçün çox önəmli bir addımdır".
Oxşar xəbərlər
DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayı açıqlanıb
Azad olunan ərazilərə köçürülən 3,5 min sakinin məşğulluğu təmin edilib
Gələn il Qubada peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
