Lənkəranda avtomobilin vurduğu 8 yaşlı uşağın vəziyyəti qənaətbəxşdir - YENİLƏNİB
Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində bir azyaşlı qız bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Sevil Seymur
Lənkəran rayonunda avtomobil 8 yaşlı uşağı vurub.
“Sizinxeber.az”un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.
Məlumata görə, avtomobil 2017-ci il təvəllüdlü Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda avtomobil 8 yaşlı uşağı vurub
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













