sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Diplomatın Bakıda evində meyiti tapılıb
Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb.
Bu barədə “Bakupost.az” məlumat yayıb.
Məlumatda bildirilir ki, İlqar İbrahimov qış aylarında Bakıya qayıdıbmış.
Xəbərdə o da qeyd olunur ki, İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.
APA diplomatın ölüm səbəbini dəqiqləşdirib.
Məlum olub ki, iyunun 9-u saat 14 radələrində 1969-cu il təvəllüdlü İlqar Adil oğlu İbrahimov Bakıda yaşadığı mənzildə özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
İlqar İbrahimov uzun müddət diplomatik sahədə xidmət edib.
Xarici İşlər Nazirliyindən hadisə barədə açıqlama verilməyib.
Oxşar xəbərlər
Biləsuvarda 64 yaşlı kişinin meyiti tapılıb
İlqar Qurbanov Azərbaycan millisinin direktoru təyin olunub
İsmayıllıda yol qəzası olub, 1 nəfər ölüb
Ucarda yaşayış evində meyit tapılıb - FOTO
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən digərinin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













