sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabadda maşın kanala aşıb, 5 nəfər xəsarət alıb - FOTO
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
"Ford" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.
Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
Cəlilabadda avtomobil körpüdən aşıb, xəsarət alanlar var - FOTO
Beyləqanda avtomobil kanala düşüb, iki nəfər xəsarət alıb
Cəlilabadda iki maşın toqquşub, bir nəfər ölüb
Lerikdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











