Qurban Yetirmişli: Maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur
Son günlər ard-arda davam edən zəlzələrlə bağlı təşvişə ehtiyac yoxdur.
Bunu "Sizinxeber.az"a açıqlamasında AMEA nəzdində espublİka Seysmoloji Xİdmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, 3 və 3-dən yuxarı maqnitudada təkanların olması ilə bağlı məlumatlar verilir, lakin xırda təkanlar da olur:
"Bu cür xırda təkanların olması enerji boşalmasıdır. Lakin təhlükəli, yəni maqnitudası 7 olan zəlzələ ehtimalı yoxdur. Hiss edilən zəlzələlər ola bilər".
Baş direktor əlavə edib ki, heç bir təşvişə ehtiyac yoxdur.
Xatırladaq ki, dünən yerli vaxtla 16:02-də Şamaxı və Xızıda 3,7maqnitudalı, dərinliyi 7 km olan zəlzələ baş vermişdi. Yeraltı təkan episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Bu gün səhər saatlarında Şamaxıda 3,2, Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxşar xəbərlər
Şamaxı və Xızıda yenidən zəlzələ olub - YENİLƏNİB
Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB
Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı açıqlanıb
Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur
Şamaxı və Xızıda zəlzələ olub, dağıntı və xəsarət alan yoxdur - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













