DİN yeniyetməyə xəsarət yetirən şəxsin saxlanıldığını bildirib – YENİLƏNİB
sizinxeber.az xəbər saytı

DİN yeniyetməyə xəsarət yetirən şəxsin saxlanıldığını bildirib – YENİLƏNİB


Polis yeniyetməyə xəsarət yetirən şəxsin saxlanıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Sizinxeber.az"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, iyunun ayının 5-də Gəncə Şəhər Baş Polis İdarəsinə yetkin yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü R. İ saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

05.06.2025 20:01

Gəncədə yeniyetmə bıçaqlanıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, 15 yaşlı Ü.Əsgərov park ərazisində mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti normal qiymətləndirilir.

Hadisəni törətməkdə onun tanışı şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə 15 yaşlı yeniyetmə bıçaqlanıb, tanışı şübhəli bilinir
Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Daşkəsəndə mübahisə qanla bitib - YENİLƏNİB 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle