Azərbaycan Türkmənistanın axtarışa verdiyi şəxsi ölkəsinə təhvil verib
Türkmənistanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun zabiti özünü güllələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












