Bakıda iki nəfərdən 10 kq narkotik götürülüb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.
APA DİN-ə istinadən xəbər verir ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıb. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişi ilə Astara və Lənkərandan paytaxta gətiriblər.
Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
İran vətəndaşının göstərişi ilə Bakıya narkotik gətirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
DİN keçirdiyi əməliyyatlarda 24 kq narkotik aşkarlanıb
Sabunçuda avtomobildə 29 kq narkotik aşkarlanıb
Bakıda 10 nəfər saxlanılıb, 75 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
