İran vətəndaşının göstərişi ilə Bakıya narkotik gətirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

İran vətəndaşının göstərişi ilə Bakıya narkotik gətirməkdə şübhəli bilinən şəxslər saxlanılıb


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.

Bu barədə "Sizinxeber.az"a DİN-dən məlumat verilib.

Bildirilib ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişləri ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

Yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlanıb
Azərbaycanda 75 kq narkotik dövriyyədən çıxarılıb, 10 nəfər saxlanılıb
Bakıda əməliyyat keçirilib, 33 kiloqram narkotik vasitə aşkarlanıb
Sabunçuda əməliyyat keçirilib, 29 kiloqram narkotik dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər