sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Abşeronda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ
Abşeron rayonunun Məmmədli kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.
Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.
Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.
Oxşar xəbərlər
Bakıda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ
Məhəmmədidə göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır - VİDEO
Balıqçılıq sahəsindəki müəssisələrdə epizootoloji monitorinqlər keçiriləcək
Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













