Narkokuryerliyə cəlb olunan tanışlarda 11 kq narkotik və silah aşkarlanıb
sizinxeber.az xəbər saytı

Narkokuryerliyə cəlb olunan tanışlarda 11 kq narkotik və silah aşkarlanıb


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdiklən əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıqları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar.

Əlavə olaraq, K.Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən 1 ədəd “Makarov” tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah-sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək xəbərdarlıq edib: "Narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak — insan həyatını və gələcəyini məhvə sürükləyir. Sosial şəbəkələr vasitəsilə vədlərlə cəlb olunan şəxslər öz azadlıqlarını riskə atmaqla yanaşı, cinayət məsuliyyəti daşıdıqlarını da unutmamalıdırlar".

Oxşar xəbərlər

Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Bakıda soyuducuda 4 kq narkotik gizlədən şəxslər saxlanılıb - FOTO
Xətai rayonunda 28 kq narkotik aşkarlanıb - VİDEO
Qaradağda avtomobildən 14 kq narkotik tapılıb
Bakıda narkotik satışını təşkil edən ata və iki övladı saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər