sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib - VİDEO
Sosial şəbəkələrdə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb. O, inzibati qaydada həbs olunub.
Qeyd edilib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.
Oxşar xəbərlər
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib
Gerçəyinə bənzəyən oyuncaq silahlar: Satışı təhlükə yaradır? - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü 30 sutka həbs edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
