Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
13:30

Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

28 may, 2025
13:30
579

Lənkəranda marketdə partlayış olub, satıcı xəsarət alıb

Lənkəran rayonunda marketdə partlayış olub.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Şovu kəndində baş verib.

Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın