Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
15:00

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib

26 may, 2025
15:00
643

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını ölkəsinə təhvil verib.

Mənimsəmə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş şəxs

Baş Prokurorluqdan Sizinxeber.az-ya verilən məlumata görə, Gürcüstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir:

"Mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 14.08.1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həbs qərarı

İrakli Berdzenadze 2025-ci ilin fevral ayında ölkəmizdə müəyyən edilərək həbs edilib.

Gürcüstana təhvil verilmə

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın