Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib
Azərbaycanda həbs edilən Gürcüstan vətəndaşı ölkəsinə təhvil verilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, mənimsəmə və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Tbilisi şəhər məhkəməsinin 25.10.2023-cü il tarixli hökmü ilə qiyabi məhkum edilmiş Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü İrakli Berdzenadzenin verilməsinə dair Gürcüstanın Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.
Bu ilin fevral ayında Azərbaycanda müəyyən edilərək həbs edilən İrakli Berdzenadze Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstanın səlahiyyətli orqanlarına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycan beynəlxalq axtarışa verilmiş Gürcüstan vətəndaşını təhvil verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saxta pul hazırlamaqda təqsirləndirilən Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ölkəsinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə təhvil verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












