sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda yol qəzası olub, 4 nəfər xəsarət alıb
Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Şirvanda yol qəzası olub, xəsarət alanlar var
Biləsuvarda avtomobil kafeyə çırpılıb, xəsarət alanlar var
Gəncədə avtomobil ağaca çırpılıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













