Ötən gün vətəndaşların bank kartından 20 min manatdan çox pul talanıb
sizinxeber.az xəbər saytı

Ötən gün vətəndaşların bank kartından 20 min manatdan çox pul talanıb


Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır",- məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait talanıb
Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb
Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle