Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Şamaxıda kompleks mülki müdafiə təlimi keçirilib - VİDEO


Kompleks mülki müdafiə təlimi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbust xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi və əlaqəli fəaliyyətinin təmin edilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 275 nəfərdən ibarət şəxsi heyəti və 42 ədəd texnikası cəlb edilib.

Oxşar xəbərlər

Şahbuzda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb - FOTO
Cəlilabadda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı mülki müdafiə təlimi keçirilib - FOTO
FHN mülki müdafiə məşqi keçirib - VİDEO
FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər