

Ötən il bank kartlarından 22 milyon manat kiber üsulla oğurlanıb
2024-cü il ərzində vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.
Onun sözlərinə, hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib. O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır: "DİN tərəfindən gündəlik olaraq aparılan profilaktik maarifləndirmə işi göstərir ki, əvvəllki illərdən fərqli olaraq vətəndaşın kiber savadlılığının artırılması fayda verir. Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir.
Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır. Fəaliyyətə uyğun olaraq INTERPOL, EUROPOL və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir".
Oxşar xəbərlər
DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb
DİN: Bank kartı sahibləri diqqətli olmalıdır, onlayn təhlükə var
Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 36 min manatdan çox pul kiber üsulla oğurlanıb
Ötən gün bank kartlarından 40 min manatdan çox pul talanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda güclü yanğın baş verib
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
