Azərbaycanda nadir xəstəlikdən ÖLÜM
sizinxeber.az xəbər saytı

Azərbaycanda nadir xəstəlikdən ÖLÜM




Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb.
 
Sizinxeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçala rayonunda baş verib. Rayonun Həsənabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub və orada ölüb.
 
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 19-da saat 10:35-də 1975-ci il təvəllüdlü Neftçala rayonunun Uzunbabalı kənd sakini (kişi cinsli) halının pis olması səbəbiylə, hipotoniya vəziyyətində Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
 
"Yaxınları tərəfindən xəstənin 15 ilə yaxın "qırmızı qurd eşənəyi" xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
 
Xəstəyə dərhal ilkin tibbi xidmətlər göstərilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Aparılan bütün tədbirlərə baxmayaraq, iyulun 23-də 08:30-da xəstənin poliorqan çatışmazlığından ölüm faktı qeydə alınıb".
Sizinxeber.az

Oxşar xəbərlər

Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB: Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda bazarda baş verən dəhşətli yanğın məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə qızılcadan ölən azyaşlı peyvənd olunmayıbmış [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər