Ağır cinayətlərdə ittiham edilərək uzun müddət axtarışda olan şəxsin cinayət işi məhkəməyə göndərilib
sizinxeber.az xəbər saytı

Ağır cinayətlərdə ittiham edilərək uzun müddət axtarışda olan şəxsin cinayət işi məhkəməyə göndərilib


Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Təqsirləndirilən şəxs barədə məlumat

Məlumata görə, Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunmuş Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqın nəticələri

İstintaqla Xalid Tağıyevin 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Qəsdən adam öldürmə hadisələri

Belə ki, onun 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın etməsinə, ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Digər cinayət əməlləri

Bundan başqa, Xalid Tağıyevin həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirakı ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Axtarış və saxlanılma

01.07.2000-ci il tarixdə Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Xalid Tağıyev cari il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib, növbəti gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Yeni ittihamlar və cinayət işinin məhkəməyə göndərilməsi

2025-ci il aprelin 29-da təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittiham irəli sürülüb.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Azyaşlını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib
İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Tovuzda qadını yandıraraq ölümünə səbəb olan olan şəxsin məhkəməsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər