Məhkəmə “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2025
14:00

Məhkəmə “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib - YENİLƏNİB

23 apr, 2025
14:00
726

Məhkəmə “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədovla bağlı qərar verib - YENİLƏNİB

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsində olan həbs qətimkan tədbiri uzadılıb. 

"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib. 

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. 


Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib. 

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

13:29

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətində ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.

Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.

Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın