Lənkəranda avtomobilin vurduğu piyada Bakıya aparılarkən yolda ölüb
Lənkəranda avtomobilin vurduğu qadın Bakıya aparılarkən yolda ölüb.
“Sizinxeber.az”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndindən keçən hissəsində baş verib. Belə ki, Lənkəran rayonunun Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirova avtobusdan düşüb yolu keçəndə Ruslan Elşən oğlu Ağayev idarə etdiyi "Audi" markalı avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona beyinin ənsə payının böyük həcmli yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub və ilkin reanimasion tədbirlərdən sonra paytaxt xəstəxanalarından birinə yola salınıb. Lakin vəziyyəti ağır qiymətləndirilən yaralı yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda avtomobilin vurduğu piyada ağır xəsarət alıb
Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb
Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb
Ötən il avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb
Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











