Cəlilabadda qohumlarına məxsus tikililəri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda qohumlarına məxsus tikililəri yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb


Cəlilabadda yanğın hadisəsi olub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad rayonunun Komanlı kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus iki tövlə, içərisində 8 baş iribuynuzlu heyvan və 550 bağlama otla birlikdə yanıb.

Bu barədə polisə məlumat verilib.

Həmin yardımçı tikililəri qəsdən yandırmaqda şübhəli bilinən zərərçəkmişlərin qohumu Qabil Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı həmin şəxsin qonşuluqda yaşayan əmisi və bibisinə məxsus tövlələri yandırmaqla onlara ümumilikdə 16 min manata yaxın ziyan vurduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda kənd sakini avtomobil qaçırıb
Cəlilabadda baş verən qəzada piyada ölüb
Cəlilabadda oğurluq edilən ev yandırılıb - FOTO
İmişlidə ov edən şəxs saxlanılıb
Lənkəranda "Mercedes" yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle