Lənkəranda "Mercedes" yanıb
sizinxeber.az xəbər saytı

Lənkəranda "Mercedes" yanıb


Lənkəranda minik maşını yanıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes–Benz G180” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Mingəçevirdə iki maşın toqquşub, yanğın olub
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var
Cəlilabadda baş verən qəzada piyada ölüb
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Binəqədidə ev yanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər