Salyanda kənd sakini avtomobil qaçırıb
Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin də üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional Sizinxeber.az-ya qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-21063” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Oxşar xəbərlər
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb
Xaçmazda 66 yaşlı qadın qohumu tərəfindən öldürülüb
On min manatlıq oğurluq edən şəxslər tutulub
İmişlidə ov edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













