

Oleq Bakinski ev dustaqlığına buraxılıb
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili Xeyransə Babayevanın verdiyi vəsatətə görə prosesin daha erkən vaxta çəkildiyi elan olunub.
Vəkil X.Babayeva Oleq Krapivinin səhhətindəki ciddi problemlərlə əlaqədar haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəzlənilməsini xahiş edib. Belə ki, təqsirləndirilən şəxs hipertoniya xəstəliyi ilə əlaqədar müalicə almalıdır.
Zərərçəkənin vəkili Oleq Krapivinin qapalı şəraitdə saxlanılmasında problem olmaması ilə əlaqədar vəsatətə etiraz edib.
Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahixəsinə buraxıb.
Məhkəmə vəsatəti təmin edib. Oleq Krapivin məhkəmə zaıından azadlığa buraxılıb.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanı
Oxşar xəbərlər
Ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsi başlayıb
Məhkəmə "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması barədə vəsatətlə bağlı qərar verib
"Oleq Bakinski" və Ukraynanın sabiq nazir müavinin məhkəməsi davam etdirilib
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub
Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
