Biləsuvarda qanunsuz tikinti işlərinin qarşısı alınıb
Biləsuvar rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyəti yanında yaradılan komissiya üzvlərinin iştirakı ilə növbəti monitorinq keçirilib.
Monitorinq zamanı rayonun Səmədabad kənd sakini Qasımov Vaqif Möhlət oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolunun 12-ci km-də, dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsinin müəyyən hissəsində qanunsuz olaraq tikinti aparılması barədə faktları aşkar edilib.
V.Qasımova inşa etdiyi tikintinin qanunsuz olması barədə müvafiq xəbərdarlıq edildikdən sonra, vətəndaş yarımçıq tikilini söküb.
Oxşar xəbərlər
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib
Qubada qanunsuz tikinti sökülüb
Saray qəsəbəsində qanunsuz tikili sökülüb
Gəncədə bir neçə qanunsuz tikintinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













