FHN Bakıda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb.
FHN-dən "Sizinxeber.az"a verilən məlumata görə nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb
Ağstafada yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli restoranın fəaliyyətini dayandırılıb - VİDEO
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












