Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
apr
2025
12:30

Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub

26 apr, 2025
12:30
479

Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub

Şərur rayonunun Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın aprelin 22-də öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.

"Report"un yerli bürosu xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü, qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.  

F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.                                                                                                  

A.Əsgərova və F.Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın