DİN: Ötən gün bank kartlarından 21 min manatdan çox pul oğurlanıb
sizinxeber.az xəbər saytı

DİN: Ötən gün bank kartlarından 21 min manatdan çox pul oğurlanıb


Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in müraciətində bildirilib.

Qeyd olunub ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Məlumata görə, aprelin 25-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6000, 5800, 4355, 1600, 1470, 1390, 955, 750, 420, 360, 202, 97, 61, 9 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, məlumatda deyilir.

Oxşar xəbərlər

Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
Həftəsonu bank kartlarından 18 min manat oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 13818 manat oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle