Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub
sizinxeber.az xəbər saytı

Xırdalanda qatar dəmiryoluna çıxan uşağı vurub


22 iyul tarixində saat 19:50 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.

APA xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağrılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar.

Oxşar xəbərlər

Xırdalanda sürət qatarı azyaşlını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürət qatarı Xırdalanda azyaşlını vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmaz dəmir yolu stansiyasında ölümlə nəticələnmiş qəza baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Tovuzda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər