DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.
Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.
Oxşar xəbərlər
Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb
Sumqayıtda qəza baş verib, 2 nəfər xəsarət alıb
DYP sürücülərə çağırış edib
DYP: Güclü külək yollarda qəza riskini artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













