Daşkəsəndə polisin "saxla" əmrinə tabe olmayan sürücü piyadanı vurub
Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxmayaraq, hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon rakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun Sizinxeber.az-ya verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq K. Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin aşkar olunaraq götürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb
Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
İmişlidə ov edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












