Tovuz sakini döyülüb
Tovuzda döyülmə faktı qeydə alınıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndinin girişində baş verib.
Rayonun Aşağı Quşçu kənd sakini Elşən Quliyev tanımadığı şəxslər tərəfindən döyülüb.
Xəsarət alan şəxs Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin iki nəfərin boks aparatına atdığı 40 qəpiyə görə baş verdiyi deyilir. Yaxınlıqdakı mağazanın gecə növbəsində işləyən Elşəndən aparatın niyə işləmədiyini soruşublar. Elşən isə mağazada çalışdığını bildirib. Bu zaman şəxslər arasında mübahisə olub və onlar əlbəyəxa olublar.
Hadisə mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı Tovuz polisinə məlumat verilib.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, faktla bağlı Tovuz RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Ekspertiza təyin olunub. Ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Elşən Quliyevi döyən şəxslərin kimliyinin müəyyənləşdirilib saxlanılması istiqamətində də tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə kişi arvadını bıçaqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda kürəkən qayınatasını bıçaqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə yeniyetmə oğlanı maşın vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












