Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib
sizinxeber.az xəbər saytı

Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib


Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi və MDB iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun təşkilatçılığı ilə “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə MDB iştirakçıları olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro, Rusiya Federasiyası, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğız Respublikalarının kriminalistik-ekspertiza sahəsində çalışan mütəxəssisləri, DİN-in Polis Akademiyası, Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyin və digər qurumların nümayəndələri iştirak ediblər.

Konfransda MDB-yə üzv dövlətlərin beynəlxalq cinayətkarlıqla və cinayətkarların axtarışı ilə mübarizədə effektivliyi, informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin istintaqında ekspert-kriminalistik fəaliyyət, məhkəmə ekspertizasının istiqamətləri üzrə məruzələr dinlənilib.

Yekunda mövzular ətrafında müzakirələr aparılıb.

Oxşar xəbərlər

Bakıda MDB dövlətlərində ekspert-kriminalistik fəaliyyəti ilə bağlı konfrans keçirilib - FOTO
Daşkənddə terrorizmlə mübarizə üzrə MDB və ŞƏT-in konfransı keçiriləcək
Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
7-ci ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle