Vəkillər istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərib
sizinxeber.az xəbər saytı

Vəkillər istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərib


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar davam etdirilir.    

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, aprelin 18-də “Arbitrium” Vəkil Bürosunun vəkilləri Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən isə Bakı istintaq təcridxanasında saxlanılan şəxslərə qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Aksiyada ümumilikdə 45 nəfərə yaxın şəxs yaradılmış bu imkandan istifadə edib.

Qeyd edək ki, Tədbirlər Planına uyğun olaraq aprelin 30-da Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində vəkillər tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi nəzərdə tutulur. 

Oxşar xəbərlər

Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib
Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək
Məhkum və həbs edilmiş şəxslər 26 seçki məntəqəsində səs verirlər
“Vəkildən tələbəyə” layihəsinə start verilib
İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle