Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti dayandırılıb


Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbəxan emalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbəxan emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxşar xəbərlər

Cəlilabadda mebel fabrikinin fəaliyyəti dayandırılıb
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb
Tərtərdə yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb - VİDEO
Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb
Binəqədidə yanğın təhlükəli tikiş sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle