Ukraynada ağır yol qəzasında 3 nəfər ölüb
Ukraynanın Dnepropetrovsk vilayətində üç minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regiondakı Baş İdarəsi yayıb.
“Günorta saatlarında Samar rayonu, Holubivka kəndi yaxınlığında M-18 magistral yolunda yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub”, – məlumatda qeyd olunub. Bildirilib ki, hadisədə üç avtomobil toqquşub: “BMW 520”, “Ford Mondeo” və “Hyundai Tucson”.
Toqquşma nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb.
Qeyd olunub ki, xilasedicilər xəsarət almış bir nəfəri və 3 nəfərin meyitini deformasiyaya uğramış avtomobillərdən çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb
Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər ölüb
Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb
Kocaelidə ağır yol qəzasında, 1 yeniyetmə ölüb, 6 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










