Xaçmazda bataqlığa düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xaçmazda bataqlığa düşən yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB


Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

APA-nın Şimal bürosu xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.

O at belində mal-qara axtararkən bataqlığa düşüb.

Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.

Su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.

08:49

Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.

APA-nın Şimal bürosu xəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.

Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xaçmazda bataqlığa düşən yeniyetmənin axtarışı davam edir
Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb
Xaçmazda yeniyetmə bataqlığa düşüb
Qaxda keçmiş məhkumun çürümüş meyiti tapılıb
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər