Bu il xarici ölkələrdən Azərbaycana 24 nəfər ekstradisiya edilib
Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımili ərzində müxtəlif cinayətlərə görə barələrində beynəlxalq axtarış elan edilmiş 24 nəfər təqsirləndirilən şəxsin xarici ölkələrdə tutularaq ölkəmizə ekstradisiya edilməsi təmin edilib.
Sizinxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş Kollegiya iclasında bildirib.
Bundan başqa, iclas zamanı qeyd olunub ki, 2024-cü ilin I yarımilində “Çağrı Mərkəzi”nə daxil olmuş 14562 müraciət üzrə vətəndaşlara müvafiq hüquqi izahlar verilib.
Qeyd edilib ki, 2213 məlumat isə cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmış və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilib.
Oxşar xəbərlər
Bu il 8 prokurorluq işçisi cəzalandırılıb
Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açılıb
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













