DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb: Sürücü yuxuladığı üçün avtomobil ağaca çırpılıb - VİDEO
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi hallarına rast gəlinir. Avtonəqliyyat vasitələrinin idarə olunmasında yol verilən bu kimi səhlənkar davranış təəssüf ki, növbəti dəfə insan həyatına son qoyub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, bir neçə gün əvvəl Laçın rayon sakini, 64 yaşlı Qoşmalı Yusifov idarə etdiyi «Mercedes» markalı avtomobillə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığı üçün avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücünün həyat yoldaşı və 16 yaşlı nəvəsi hadisə yerində həyatlarını itiriblər.
"Bu hadisə bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən yuxusuz halda sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır", məlumatda deyilir.
Qeyd edək ki, hadisə iyulun 19-də baş verib.
Oxşar xəbərlər
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDYPİ-dən müraciət: Uzaq məsafə qət edən sürücülər istirahət etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda avtomobil ana və 3 yaşlı oğlunu vurub, azyaşlı ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












