Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1 - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-1 - FOTO - VİDEO


Xəbərə video əlavə olunub.

***

14.54

Ağsuda selin ekskavatoru aşırması nəticəsində xəsarət alanların kimliyi bəlli olub.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində 1992-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Bəxtiyar Nəsib oglu, 1982-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Salahov Elnur Məhəmməd oglu, 1988-ci il təvəllüdlü Gədəbəy rayon sakini Qasımov Bəxtiyar Fazil oglu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyətləri nisbi stabil qiymətləndirilir.

***

13.59

Ağsuda güclü sel ekskavatoru aşırıb.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb.

Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Ağsuda güclü sel ekskavatoru aşırıb, ölən və xəsarət alanlar var
Ağsuda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb
Füzulidə yol qəzasında ölən və xəsarət alanlar var - FOTO
İsmayıllıda ağır qəza baş verib, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər