Biləsuvarda mikroavtobusun vurduğu gənc 5 gün sonra ölüb
sizinxeber.az xəbər saytı

Biləsuvarda mikroavtobusun vurduğu gənc 5 gün sonra ölüb


Biləsuvarda mikroavtobusun vurduğu piyada 5 gün sonra ölüb.

"Report"un xəbərinə görə, aprelin 8-də 1969-cu il təvəllüdlü Əliyev Tofiq Ağadədə oğlu Nəsimi kəndi ərazisində idarə etdiyi “Mercedes Benz Sprinter" markalı mikroavtobusla piyada, 2005-ci il təvəllüdlü Əkbərov Rəşad Fuad oğlunu vurub.

Nəticədə R.Əkbərov aldığı bədən xəsarətlərindən Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.

Oxşar xəbərlər

Bakıda yük avtomobilin vurduğu piyada iki gün sonra ölüb
Bakıda yük avtomobilinin vurduğu piyada 27 gün sonra ölüb
Şəkidə dörd gün əvvəl avtomobilin vurduğu piyada ölüb
Biləsuvarda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
Gəncədə maşın vuran piyada xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər