Lənkəranda operator antibiotik iynəsi vurdurandan sonra ölüb - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda operator antibiotik iynəsi vurdurandan sonra ölüb - FOTO


Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib.

Sizinxeber.az-nın cənub bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub.

Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb.

Mərhumun cəsədi ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator kimi çalışıb. Kanal ilə müqaviləsi başa çatdıqdan sonra o, əsasən toylarda çəkiliş fəaliyyəti ilə məşğul olurdu. Bildirilir ki, bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkəcəkdi.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda telekanalın operatoru antibiotik iynəsi vurulduqdan sonra ölüb
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb - YENİLƏNİB
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Cəlilabadda 53 yaşlı kişinin meyiti tapılıb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər